Könüllü İşdən Çıxma Mexanizmi

əmək şəraitinin yaxşılaşdırılması, yaxud onun haqqının yüksək olması məqsədi ilə işçinin bir iş yerindən getməsi və başqa iş yerinin axtarılması.
Könüllü Audit
Könüllü İşsizlik
OBASTAN VİKİ
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Könüllü
Könüllü (Volunteer) – birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adamdır. Bu iştirak birdəfəlik və ya müntəzəm ola bilər.
Antikitera mexanizmi
Antikitera mexanizmi (yun. Μηχανισμός των Αντικυθήρων) — təqvim və astroloji məqsədlərə görə tutulmaları, həmçinin Olimpiyadaları, Qədim Olimpiya oyunlarının mərhələlərini, astronomik vəziyyətləri proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş qədim analoq kompüter. Tapıntı 340 mm × 180 mm × 90 mm taxta qutuda yerləşirdi. Bu qurğu bir-birinin üstünə geydirilmiş ən azı 30-a yaxın tunc dişli çarxdan yaradılmış mürəkkəb saat mexanizmidir. Onun qalıqları 82 ayrı-ayrı fraqmentlər şəklində tapılıb, onlardan yalnız yeddi hər hansının dişli çarxları və əhəmiyyətli yazıları olduğu müəyyən edilib. Ən böyük dişli çarxın diametri təxminən 140 mm-dir və ilkin olaraq 223 dişi var idi. Artefakt Andikitira adasının kənarında eramızdan əvvəl birinci əsrin 2-ci yarısında baş vermiş gəmi qəzasının 1900–1901-ci illərdə kəşf olunması ilə bərpa edilib. Cihazın Yunan alimləri tərəfindən işlənib hazırlanması və qurulması və tarixinin eramızdan əvvəl 100–150-ci illərə və ya son araşdırmalara görə eramızdan əvvəl 205-ci ilə aid olması güman edilir. Bu texnologiyaya aid biliklər çox qədim zamanlarda müəyyən hadisələr zamanı məhv olub. On dördüncü əsrdə Avropada mexaniki astronomik saatların inkşafına qədər, onun mürəkkəbliyinə və ustalığına yaxınlaşan texnoloji artefaktlar mövcud olmayıb.
Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Dövlət mexanizmi
Dövlət mexanizmi — praktik olaraq dövlət gücünü, dövlətin vəzifələrini və funksiyalarını həyata keçirən dövlət orqanlarının və qurumlarının ayrılmaz bir iyerarxik sistemi. Dövlətin mexanizmi dövlətin mahiyyətinin ayrılmaz hissəsidir: dövlət mexanizmi xaricində və olmadan dövlət mövcuddur və ola da bilməz. Dürüstlük — dövlətin mexanizmi ayrılmaz bir quruluşdur; bir dövlətin ərazisində və bir dövlət daxilində bir neçə dövlət aparatı mövcud ola bilməz ; Hiyerarşiya — dövlətin mexanizmi koordinasiya və tabelik prinsiplərinə əsaslanır, mürəkkəb bir güc piramidal quruluşunu təmsil edir ; Xüsusi bir tərkib — dövlət mexanizminin strukturuna daxil olan dövlət orqanları və qurumları xüsusi təlim keçmiş insanlardan ibarətdir ; Fəaliyyətin xüsusi məqsədləri — dövlət hakimiyyətinin, dövlətin tapşırıq və funksiyalarının həqiqi icrası ; Maddi və texniki təhlükəsizlik. "Dövlət mexanizmi" və "dövlət aparatı" anlayışları arasındakı əlaqəyə dair bir neçə fikir vardır: Bu anlayışlar əhatə dairəsi ilə tamamilə üst-üstə düşür, sinonim kimi istifadə olunur. "Mexanizm" termini yalnız aparatın bütövlüyünü, effektiv fəaliyyətə yönəlməsini vurğulayır. Dövlət aparatı birbaşa idarəetmə fəaliyyətini həyata keçirən və bunun üçün səlahiyyət səlahiyyətləri verilən orqanlar sistemi kimi başa düşülür və "dövlət maşını" anlayışına dövlət aparatı, dövlət qurumları və təşkilatları ilə yanaşı dövlət aparatının fəaliyyət göstərdiyi dövlət aparatının (silahlı qüvvələr, polis, cəza müəssisələri və s.) "maddi əlavələri". Dövlətin aparatı statikada dövlətin bütün orqanları və dövlət mexanizmi altında eyni orqanlar olaraq, ancaq dinamik olaraq başa düşülür. Dövlətin aparatını öyrənərkən ilk növbədə bu və ya digər dövlət orqanının məqsədi, formalaşma qaydası, səriştəsi və dövlətin mexanizmi öyrənilərkən birbaşa dövlət orqanlarının fəaliyyəti, əlaqələri haqqında danışılır. dövlətin müəyyən funksiyalarını həyata keçirmə prosesində bir-biri ilə. Dövlətin mexanizmi yalnız işçilərin deyil, həm də dövlət funksiyalarının və vəzifələrinin həyata keçirilməsinə xidmət edən maddi-texniki obyektlərin hamısını özündə birləşdirən daha geniş bir kateqoriyadır.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Könüllü (dəqiqləşdirmə)
Könüllü (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Könüllü — Azərbaycanın Şəmkir rayonunda kənd. Könüllü — birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adam və ya adamlar. Könüllü fəaliyyət — yalnız biznеs və dövlət sеktоrunu dеyil, üçüncü sеktоru əhatə еdən fəaliyyət. Könüllü ordu — Könüllü döyüşən şəxslər.
Könüllü (Şəmkir)
Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır. 1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir. Kənddə 1093 təsərrüfat var.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Könüllü hesablamalar
Könüllü hesablamalar (ing. Volunteer computing) – təqdim olunmuş könüllü hesablama resursları əsasında paylanmış hesablamalardır. Belə hesablama sistemləri qrid bazasında yaradılır. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s. Volunteer computing What is volunteer computing?
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zəlzələnin yaranma mexanizmi
Zəlzələnin yaranma mexanizmi — Zəlzələqabağı hansı əlamətlərin yaranacağını qabaqcadan müəyyənləşdirə bilən nəzəriyyədir ki, bu da zəlzələlərin proqnozlaşdırılması üçün mühümdür. Hələ də belə bir dürüst nəzəriyyə olmadığindan, zəlzələnin proqnozlaşdırılması məsələsi həll edilməmişdir. Zəlzələ — Yer qabığında və yuxarı mantiya qatında deformasiyanın möhkəmlik həddinə çatması nəticəsində müəyyən hissələrdə baş verən qirilmanı müşayiət edən titrəyişdir. Qırılma, sınma təsadüfı hadisə olduğundan bu modelə görə zəlzələnin proqnozu mümkün deyil nəticəsi çıxır. Zəlzələnin proqnazlaşdırılması — zəlzələnin nə vaxt, harada hansı güclə olacağını qabaqcadan bildirməkdir. Bu problemi həll etmək üçün zəlzələnin bir qırılma hadisəsi olması ideyasından əl çəkilməlidir. Zəlzələnin hansı əlamətlərinin olacağını qabaqcadan söyləyə bilən qravitasiya qüvvələrinə xəssas geoblokların rəqsi modelini yaratmaq lazım olduğu söylənilir. Ramiz Hüseynov. Bir daha zəlzələnin proqnozlaşdırılması haqqında. Elm və həyat jurnalı.
Könüllü lenti (İsrail)
Könüllü lenti Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi veteranlarına verilən müəyyən statusu bildir İsrail hərbi lent bəzəyidir. Lent aşağıda qeyd olunan insanlara verilir: Birinci Dünya Müharibəsi illərində Birinci Dünya Müharibəsi Batalyonunda könüllü olanların hamısı. İsrail vətəndaşı və ya İsrailin daimi sakini olan və ya Fələstində daimi iqamətgahı zamanı Birinci Dünya Müharibəsi zamanı könüllü olaraq Türk ordusunda Yişuvların (milli yəhudi qurumlarının) ehtiyaclarına uyğun olaraq xidmət etmək üçün könüllü olanlar. 8/11/1944-dən əvvəl II. İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusuna könüllü gələn İsrail vətəndaşları və ya İsrailin daimi sakinləri. Əgər onlar 8/11/1944 tarixində və ya ondan sonra könüllü olmuşlarsa, onlardan ardıcıl altı ay və ya daha çox xidmət göstərmələri tələb olunur. İkinci Dünya Müharibəsi zamanı könüllü olan vətəndaşlar nişan üçün Nasist Döyüşçüsü lentini almaq hüququna malikdirlər. Bu mükafatı alan şəxs vəfat edibsə, ailə üzvü (həyat yoldaşı, oğlu, qızı, ata, ana, qardaş, bacı, nəvə, nəvə) lent tələb etmək üçün müraciət etmək hüququna malikdir və ya itmə və ya köhnəlmə halında lentin ekvivalentini. Lent - Lentin orta zolağında hər tərəfdə qırmızı, narıncı və yaşıl zolaqlar olan İsrail bayrağı göstərilir.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qlobal Biomüxtəliflik Məlumat Mexanizmi
Qlobal Biyo Müxtəliflik Məlumat Mexanizmi (GBIF) — biomüxtəliflik haqqında elmi məlumatların veb xidmətlərindən istifadə edərək İnternet vasitəsilə İnternetə çıxarılmasına yönəlmiş beynəlxalq bir təşkilatdır. Məlumatlar dünyanın bir çox qurumu tərəfindən verilir; GBIF-in informasiya arxitekturası bu məlumatları tək bir portal vasitəsilə əlçatan və axtarışa imkan yaradır. GBIF portalı vasitəsilə əldə edilən məlumatlar, ilk növbədə dünya üçün bitki, heyvan, göbələk və mikroblara dair yayım məlumatları və elmi adlardır. GBIF-in vəzifəsi davamlı inkişafa dəstək olmaq üçün dünya miqyasında bioloji müxtəliflik məlumatlarına pulsuz və açıq girişi təmin etməkdir. İştirakçılığın təşviqi və tərəfdaşlar arasında işləməyə vurğu edilən prioritetlər arasında biomüxtəliflik məlumatlarının səfərbər edilməsi, elmi bütövlüyü və qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün protokol və standartların hazırlanması, müxtəlif məlumatlar növlərinin ayrı mənbələrdən bir-birinə bağlanmasına imkan yaratmaq üçün bir informatika arxitekturasının qurulması, potensialın artırılması və katalizləşdirilməsidir. təkmilləşdirilmiş qərar qəbuletmə üçün analitik vasitələrin inkişafı. GBIF, genlərdən ekosistemlərə qədər bioloji təşkilatın spektrindən rəqəmsal məlumat mənbələri arasında məlumat əlaqələri yaratmağa və georeferans və CİS vasitələrindən istifadə edərək bunları elm, cəmiyyət və davamlılıq üçün vacib olan məsələlərlə əlaqələndirməyə çalışır. Həyat Kataloqu, Biomüxtəliflik Məlumat Standartları, Həyat Barkodu Konsorsiumu (CBOL), Həyat Ensiklopediyası (EOL) və GEOSS kimi digər beynəlxalq təşkilatlarla ortaq şəkildə işləyir. 2002-2014-cü illərdə GBIF, biomüxtəliflik informatikası sahəsində illik 30.000 Avro dəyərində olan Ebbe Nielsen Mükafatına layiq görülən qlobal bir mükafat verdi. 2018-ci ildən etibarən GBIF Katibliyi iki illik mükafat təqdim edir: GBIF Ebbe Nielsen Challenge və Gənc Tədqiqatçılar Mükafatı.
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat
Bəşəriyyətin könüllü yox olması üçün hərəkat, VHEMT daha çox tanınır (['viːəmənt] dinlə), ing. Voluntary Human Extinction Movement) — məqsəd, çoxalmadan imtina etməklə bəşəriyyətin könüllü şəkildə məhv olması olan beynəlxalq ictimai ekoloji hərəkatdır. Hərəkətin əsas ideyası budur ki, bəşəriyyət mövcud olmadıqda Yer kürəsinin biosferi üçün daha yaxşı olar. Bu hərəkatın tərəfdarlarına görə, insan növləri bir növ "ekzotik işğalçı"-dır, əhali nəzarətdən çıxaraq Yerin ekosisteminə, orada yaşayan heyvan və bitkilərə təhlükə yaratmağa başladı; və növlərin yalnız tamamilə yox olması Homo sapiens əşyaların təbii qaydasını və təbiətin harmoniyasını bərpa edəcəkdir. == Tarixi == Hərəkat Les Nayt tərəfindən təsis edilmişdir (təxəllüsü ing. Les U. Knight [lɛz ju naɪt] ingiliscə demək olar ki, eyni səslənir let’s unite [lɛts ˈjuˌnaɪt] — "birləşək") 1991-ci ildə Amerikanın Oreqon ştatının Portlend şəhərində. Nayt — vhemt.org saytının sahibi və hərəkatın "səsi" dir. Nayt özü hərəkati başlatmadığını iddia etsə də, ancaq adını vermişdir. Les Nayt 1970-ci illərdə Vyetnamdan qayıtdıqdan sonra Sıfır əhali artım hərəkatının üzvü oldu və 20 yaşında ikən könüllü olaraq vasektomiya (sterilizasiya) əməliyyatı ilə məşğul oldu. == Hərəkatın ideologiyası == Hərəkatın qeyri-rəsmi şüarı: "Uzun yaşayacağıq və öləcəyik!" (ing.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.